Rusiyada ağır cinayət törətməkdə təqsirli bilinən azərbaycanlı həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Azərbaycan vətəndaşı Rauf Quliyev Rusiyada adam öldürüb və daha sonra istintaqdan yayınaraq Azərbaycana gəlib. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Rauf Quliyevin barəsində axtarış elan ediblər.
Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rauf Quliyev tutulub. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olub.
Hacı Zeynalov