29 Dekabr 2014 16:18
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2014-cü ildə inzibati nəzarət qaydasında yoxlanılmış bələdiyyə aktlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 54.000-ə çatıb, onlardan 1700-dən çoxu nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib”.

Bu barədə Ədliyyə Nazirliyində ilin yekunlarına dair keçirilən kollegiya iclasında bildirilib. Qeyd olunub ki, bələdiyyə aktlarının surətlərinin qanunvericiliyə uyğun olaraq vaxtında təqdim edilməməsinə görə 266 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.

Bələdiyyənin fəaliyyətində aşkar edilmiş ciddi hüquq pozuntuları ilə əlaqədar hüquqi qiymət verilməsi üçün 40 material prokurorluğa göndərilib. Bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 3.300 hektara yaxın torpaq sahəsi geri qaytarılması təmin olunub. Məruzənin Milli Məclisə təqdim olunması barədə qərar qəbul olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər