25 Oktyabr 2023 11:33
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviç bu gün növbəti dəfə məhkəmə qarşısına çaxarılıb.

Teleqraf.com xəbər verir ki, məhkəmə iclasına Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev sədrlik edir. Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılır.

Cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Bu gün keçirilən prosesdə zərərçəkmişlər, zərərçəkmişlərin hüquqi varisləri və şahidlər dindirilir.

Qeyd edək ki, ittihamı Baş Prokurorun köməkçisi, ədliyyə müşaviri Müqəddəs Sultanov və dövlət ittihamı idarəsini prokuroru Cövdət Mehrəliyev müdafiə edir.

Təqsirləndirilən Vaqif Xaçaturyan erməni əsilli olduğu üçün ona erməni dilini sərbəst bilən mütəxəssis İsmayıl Tanrıverdi təqdim olunub. O, proses boyu baş verənləri erməni dilində tərcümə edir.

Təqsirləndirlilən şəxsi Vəkillər Kollegiyasının üzvü Radmina Abdulova müdafiə edir.

Zərərçəkmiş Xocalı rayon icra hakimiyyətini isə hüquq şöbəsinin müdiri Murad Hüseynov təmsil edir. Murad Hüseynov Xaçatryangilin törətdiyi terror zamanı 8 yaşında olub. Atası Tofiq Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır.

Murad Hüseynov, Xocalı faciəsində atası Tofiq Hüseynovu, anası Məxmər Ələkbərovanı, əmisi Bakir Hüseynovu, hər iki baba və nənəsini, eləcə də, xalası Məhbubəni, onun övladları - Çinarə ilə Çingizi, ümumilikdə isə 49 yaxınını itirib. Onlardan yalnız atası Tofiq Hüseynovun məzarı var.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Verilmiş maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

***

08:01

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin bu gün növbəti məhkəmə iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Məhkəmə baxışı saat 11.00-da başlanacağı gozlənilir.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Verilmiş maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Bunlar Xudayarova Sürəyya Alış qızı, Zeynalov Məhəmməd Addıxan oğlu, Mehrəliyeva Elnarə Çərkəz qızı, Kazımov Xəlil Mahmud oğlu, Eyyubov Kamil Baba oğlu, Kazımov Ramil İbrahim oğlu, Rəcəbov Nemət Kamal oğlu, Salmanov Teymur Rəfi oğlu, Quliyev Mətləb Qənimət oğlu, Kazımov Səfa Xəlil oğlu, Ağayev Faiq Alış oğlu, Mehralıyev Amil Əli oğlu, Quliyeva Ruba Nağı qızı, Quliyev Qənimət Əli oğlu, Quliyev İsmayıl Qənimət oğlu, Cəbiyev Qərib Nemət oğlu, Mehralıyeva Ziba Məmməd qızı, Rəcəbov Kamran Kamal oğlu, Əzizova Elmira Məhəmməd qızı, Əkbərov Nadir Həsənbala oğlu, Novruzov Novruz Məhərrəm oğlu, Nurməmmədov Zahid Mirzə oğlu, Nurməmmədov İbrahim Hüseyn oğlu, Behbudov Behbud Hacı oğlu, Məmmədov Təmraz Heybət oğlu, Salmanov Eldar Rəfi oğlu, Novrizov Zakir Novruz oğlu, Novruzova Adilə Məhəmməd qızı, Sadıqov Ramil Ramiz oğlu, Qasımova Nübar Məhəmməd qızı, Əzimov Tahir Eyyub oğlu, Qonaqov Musa Mirzağa oğlu, Səfərəliyev Zakir Qadeş oğlu, Behbudov Əli Məhəmmədəli oğlu, Mehrəliyeva Firuzə Rza qızı, Nurməmmədova Pakizə İslam qızı, Nurməmmədov Hüseyn Rza oğlu, Hacıyev Fazil Həsən oğlu, Allahverdiyev Vidadi Müsül oğlu, Allahverdiyeva Ayşən Murad qızı, İbadullayev Nadir Nəbi oğlu, Mehrəliyeva Firuzə İsmayıl qızı, Novruzova Rübabə Novruz qızı, Hüseynov Çingiz Xanəhməd oğlu, İbadullayev Elşən İsmayıl oğlu, Alışov Alış Musa oğlu, Rəhimova Bəyim Oqtay qızı, Hacıyev Sadiq Həsən oğlu, Kazımov Məmməd İslam oğlu, Hacıyev Bayram Həsən oğlu, Salmanov Nurəddin Yekafi oğlu, Mehrəliyev Əli Mürsəl oğlu, Rəhimov Salman Oqtay oğlu, Salmanov Ədalət Yekafi oğlu, Qasımov Ənvər Bahadur oğlu, Hembətov Bəhlul Müseyb oğlu, Novruzova Rahilə Novruz qızı, Rüstəmov Hidayət Eldar oğludur.

Həmçinin Xocalı rayon İcra Hakimiyyəti də zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər