Sabirabad rayonunda 1995-ci il təvəllüdlü Qabil iki bacı – Şahanə və Şəlaləyə (adlar şərti verilib – red.) qarşı cinsi təcavüz edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hər iki hadisə 2022-ci ilin aprel ayında baş verib. Qabil mobil telefon vasitəsi ilə tanış olduğu Sabirabad sakini, 2009-cu ildə anadan olan Şahanəni rayonun kəndlərindən birində yerləşən çöl sahəsinə gətirib. Orada onunla qeyri-təbii yolla cinsi əlaqədə olub, digər seksual xarakterli hərəkətlər edib.
Bundan başqa, Qabil bir neçə gün sonra Şahənənin digər bacısı, 2008-ci təvəllüdlü Şəlalə ilə də cinsi əlaqədə olub, seksual xarakterli digər hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Qabilin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxs barəsində cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qabil ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Saatlı rayonunin kəndində valideynləri ilə birlikdə yaşayır: “Rayon sakinləri Səbinə, onun qızları Şahanə və Şəlaləni tanıyıram. Əvvəlcə Səbinənin adını “Bahar” bilirdim, sonradan əslində Səbinə olduğunu öyrəndim”.
Təqsirləndirilən şəxsin 2022-ci ilin aprel ayının ortalarında həmkəndlisi Rüfətlə sahədə iş görüblər:
“Rüfət mobil telefonda Səbinə ilə danışdı. Həmin vaxt Səbinə Rüfətə balaca qızı Şahanə ilə cinsi əlaqədə olması üçün bir nəfər tapmasını, onunla birlikdə gəlməsini istədi. Rüfət bu barədə mənə deyəndə razılaşdım. Rüfətin telefonunda Şahanə ilə danışdım. Həmin gün gecə saat 22-23 radələrində Rüfətlə birlikdə atama məxsus “VAZ-2107” markalı avtomobillə Sabirabad rayonundan onların yaşadığı kəndə gəldik.
Kənddə asfalt yolun kənarında Səbinə və qızı Şahanə avtomobilə əyləşdi. Birlikdə yaxınlıqda çöl sahəsinə getdik. Biz bir yerdə olarkən Səbinə qızı Şahanənin azyaşlı və qız olduğunu bildirdi. Çöl sahədə bir-birimizdən kənarda – Rüfət Səbinə ilə, mən də Şahanə ilə öz razılığı ilə bakirəliyini pozmamaq üçün qeyri-təbii yolla cinsi əlaqədə oldum”.
Qabil qeyd edib ki, bundan bir-iki gün sonra Rüfətlə yenidən danışıb və Səbinə ilə görüşməyə gediblər: “Telefonumda Səbinə ilə danışdım. Digər qızı Şəlalə ilə görüşmək istədiyimi dedim. Yenə də Rüfətlə birlikdə saat 22-23 radələrində atama məxsus “VAZ-2107” markalı avtomobillə Səbinəgilin yaşadığı kəndə getdik. Yolun kənarında Səbinə və qızı Şəlaləni götürdük, kəndinin yaxınlığındakı çöl sahəsinə gəldik. Yenə də Səbinə qızı Şəlalənin azyaşlı və qız olduğunu, qeyri-təbii yolla cinsi əlaqədə olmağımı dedi. Rüfətlə Səbinə getdi. Mən isə Şəlalə ilə bir qədər kənara çəkildik”.
Qabil deyib ki, daha sonra Səbinə və Şəlaləni yola salıb və evlərinə qayıdıblar: “Mən Şahanə və Şəlalə ilə bir dəfə cinsi əlaqədə olmuşam. Başqa vaxtlarda onlarla görüşməmişəm. Səbinəyə qızları ilə cinsi əlaqədə olmaq üçün pul verməmişəm. Onlar da bizdən pul istəməyiblər”.
İş üzrə zərərçəkmiş Şahanənin sözlərinə görə, Sabirabad rayonunun kəndində atası və anası ilə birlikdə yaşayır: “Mən bir neçə nəfər şəxslə öz razılığımla qeyri-təbii yolla cinsi əlaqədə olmuşam. Anam Səbinə Saatlı rayonunu kəndlərindən birində yaşayan Sərxan adlı şəxslə tanış oldu. Sonradan Sərxanın əsl adının Rüfət olduğunu öyrəndik. Anam Rüfətlə birinci dəfə kəndimizdə çöl sahəsində cinsi əlaqədə oldu”.
Zərərçəkmiş qeyd edib ki, səhəri günü, 2022-ci ilin təxminən aprel ayının ortalarında, saat 22-23 radələrində Rüfət yenə kəndlərinə gəlib: “Rüfətin yanında həmkəndlisi Qabil adında bir nəfər də vardı. Rüfət anama Qabilin mənimlə əlaqədə olmaq istədiyini dedi. Mən buna razılıq verdikdən sonra anam da razılaşdı. Birlikdə kəndə yaxın ərazidə yerləşən çöl sahəyə getdik. Çöldə anam Rüfətlə cinsi əlaqədə oldu. Mən də onlardan kənar yerdə Qabillə öz razılığımla qeyri-təbii yolla cinsi əlaqədə oldum”.
Zərərçəkmiş deyib ki, anası Səbinə, bacısı Şəlalə və özü müxtəlif şəxslərlə görüşüb və cinsi əlaqədə olan zaman həmin şəxslərdən pul almayıblar: “Ürəyimiz istədiyi üçün müxtəlif şəxslərlə cinsi əlaqədə olmuşuq. Mən və bacım qeyri-təbii yolla cinsi əlaqədə olduğumuz şəxslərə yaşımızı, adımızı və yaşadığımız yeri düzgün demişik. Onları heç bir şeydə aldatmamışıq. Həmin şəxslərlə, o cümlədən Qabillə qeyri-təbii yolla cinsi əlaqədə olan zaman bizim 14 yaşına çatmadığımızı, ona görə də ancaq qeyri-təbii yolla cinsi əlaqədə ola biləcəyimizi demişik”.
İş üzrə zərərçəkmişlər – həm Şahanə, həm də Şəlalə ifadələrində təqsirləndirilən Qabilə qarşı şikayətləri olmadığını deyiblər. Bildiriblər ki, ona cəza təyin olunmamasını xahiş edirlər.
İş üzrə şahid qismində ifadə verən Səbinənin sözlərinə görə, 2022-ci ilin mart ayının əvvəllərində əri Vüsalın qohumu, onlarla eyni kənddə yaşayan Abbas onlara gəlib: “Abbas mənə tanışlarının olduğunu, mənimlə görüşmək istədiyini dedi. Əvvəlcə razılıq vermədim. Sonralar Abbas bu barədə mənim başımı dəng etdi. Həmin ərəfələrdə ərim Vüsalla küsülü olmuşam. Vüsal məni ataraq işləmək üçün Rusiyaya getdi. Pandemiya ilə əlaqədar Rusiyadan gəldikdən sonra da Bakıya işləməyə getdi və evə gec-gec baş çəkdi.
Mən Vüsalla cinsi əlaqədə olmaq istəmişəm. Lakin məni istəmədiyini, başqa istədiyinin olduğunu dediyinə görə Abbasın tanışları ilə cinsi əlaqədə olmaq qərarına gəlmişəm”.
Səbinə qeyd edib ki, sonradan özü də mobil telefon vasitəsi ilə bir neçə nəfərlə tanış olub: “Abbas məni Sərxan adlı şəxslə tanış etdi. Onun əsl adının Rüfət olduğunu öyrəndim. 2022-ci ilin aprel ayının əvvəllərində saat 22-23 radələrində Rüfətlə kəndə yaxın çöl sahəsində iki dəfə cinsi əlaqədə oldum.
Səhəri gün yenə Rüfətlə görüşdüm. Onun yanında həmkəndlisi Qabil adında bir nəfər də vardı. Rüfət mənə Qabilin Şahanə ilə cinsi əlaqədə olmaq istədiyini dedi. Şahanə də razılaşdıqdan sonra etiraz eləmədim”.
Səbinənin ifadəsinə görə, daha sonra saat 23 radələrində o və qızı Şahanə Rüfətgillə birlikdə kəndə yaxın çöllüyə gediblər: "Bir-birimizdən kənara çəkildik. Rüfətlə iki dəfə təbii yolla cinsi əlaqədə oldum. Qabil isə Şahanə ilə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Bundan sonra müxtəlif vaxtlarda həmin yerdə Rüfətlə daha iki dəfə görüşmüşük”.
Şahidin sözlərinə görə, 2022-ci ilin aprel ayının ortalarında digər qızı Şəlalə də çöl sahəsində Qabil adlı şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olub: “Mən və qızlarımla müxtəlif şəxslərlə əlaqədə olan zaman, həmin şəxslərdən pul almamışıq. Onlar cinsi əlaqədə ürəyimiz istədiyi üçün olmuşuq”.
Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Qabil 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Sabirabad Rayon Məhkməsində Şahanə və Şəlalə bacıları ilə cinsi əlaqədə olan daha bir neçə nəfərin məhkəməsi keçirilib.
Bacılarla cinsi əlaqədə olmaqda ittiham olunan rayon sakinləri – 1996-cı il təvəllüdlü Pərviz, 2001-ci il təvəllüdlü Fərid, 2000-ci il təvəllüdlü Vüqar və 2004-cü il təvəllüdlü Vaqifin cinayət işi üzrə məhkəmə iclasları başa çatıb.
Xatırladaq ki, bu cinayət işləri üzrə zərərçəkmişlər Şahanə və Şəlalə bacıları olsalar da, işlər ayrı-ayrı icraatlarda araşdırılıb.
Buna səbəb təqsirləndirilən şəxslərin bir-birləri ilə bağlılığın olmamasıdır.
Təqsirləndirilən şəxslərin hər biri Şahanə və Şəlalə bacıları ilə qeyri-təbii yolla cinsi əlaqədə olublar. Onlarla qarşı digər seksual xarakterli hərəkətlər ediblər. Təqsirləndirilən şəxslərin hamısı bacılarla telefon vasitəsi ilə tanış olub və kəndin kənarında yerləşən çöllük sahədə cinsi əlaqəyə giriblər.
Bütün epizodlar üzrə təqsirləndirilən şəxslərə ayrı-ayrı icraatlarda hökm elan edilib. 1996-cı il təvəllüdlü Pərviz 2 il 11 ay 28 gün, 2001-ci il təvəllüdlü Fərid 2 il 11 ay 28 gün, 2000-ci il təvəllüdlü Vüqar 2 il 11 ay 27 gün, 2004-cü il təvəllüdlü Vaqif isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Sabirabad rayon sakinləri olan Pərviz, Fərid, Vüqar və Vaqifin vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. Şirvan Apellyasiya Məhkəməsində şikatətlərə ayrı-ayrı icraatlarda baxılıb.
Məhkəmənin qərarı ilə Pərviz, Fərid və Vüqarın barəsində verilən şikayətlər təmin olunmayıb.
2004-cü il təvəllüdlü Vaqifin barəsində Sabirabad Rayon Məhkəməsinin hökmü və hazırlıq iclasının qərarı ləğv olunub. İş yenidən araşdırılması üçün rayon məhkəməsinə qaytarılıb. Yaxın günlərdə Vaqifin işinə yenidən baxılacaq.