21 Yanvar 2015 01:29
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqanda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilində baş verib.

Nəticədə avtomobilin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


Müəllif: