Bakıda həmcinslərini rüsvay edəcəkləri ilə hədələyən qadınlar həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakinləri Nigar Seyfullayeva və Günay Ağayeva tutulublar.
Onlar martın 2-də Bakı şəhərində Bakı şəhər sakini Zəminə Məmmədovanı (ad və soyad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyiblər. Nigar Seyfullayeva və Günay Ağayeva ondan 3000 ABŞ dolları alarkən həbs ediliblər.
Hacı Zeynalov