Abşeron rayonunda restorandan oğurluğa cəhd edənlər cinayət başında yaxalanıb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən məlumat verilib.
Rayonun Xırdalan şəhəri, 28-ci məhəllə, H.Əliyev prospektində yerləşən “Ağ Klub” restoranın giriş qapısını sındıraraq oğurluğa cəhd olunub. Hadisə ilə bağlı Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə gəlib.
Şəki rayon sakinləri, 1989-cü il təvəllüdlü Məmmədov Anar Oruc oğlu, 1979-cu il təvəllüdlü Yusifov Mehman Nəbi oğlunu və Cəlilabad rayon sakini, 1980-cı il təvəllüdlü İbrahimova Xəyalə Kazım qızı saxlanılıb. Onlar Abşeron Rayon Polis İdarəsinə təhvil verliblər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Hacı Zeynalov