15 Aprel 2015 11:27
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror Mübariz Mirili replika ilə çıxış edib. O bildirib ki, müdafiəçilərin məhkəmə çıxışı zamanı istintaq orqanının Rəsul Cəfərova qarşı qərəzli olmağı ilə bağlı fikirləri yanlışdır: "Məhkəmədən bunun nəzərə alınmasını xahis edirəm".

Daha sonra Rəsul Cəfərov son söz deyib. O bildirib ki, istintaqın cinayət işi başlamasına hörmətlə yanaşır. Cəfərov bərasində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Bundan sonra hakimlər müşavirə otğına yollanıblar. Sabah hökm oxunacağı gözlənilir.

Qeyd edək ki, İnsan Haqları Klununun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hacı Zeynalov


Müəllif: