29 Aprel 2015 13:57
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Zamin Məcidli cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini Zamin Məcidli ötən ilin iyulun 12-də həmyaşıdı Salyan rayon sakini Nurlan Xudiyevi bıçaqlayaraq öldürüb.

Zamin Məcidli şübhəli şəxs qismində dindirilərkən törətmiş olduğu cinayəti etiraf edib. O, cinayətin aləti olan mətbəx bıçağını və Nurlan Xudiyevin üzərində olmuş fotoşəkilləri yaşadığı evin həyətində basdırdığını bildirib.

İstintaq araşdırması zamanı hadisə söyüş üstündə baş verib. Hadisə zamanı Nurlan Xudiyev dostu olan Zamin Məcidlinin söyüb. Onun söyüşlərindən əsəbləşən Zamin Məcidli bıçağa əl atmalı olub.

Zamin Məcidli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. məhkəmə baxışı mayın 5-ə təyin edilib.

Hacı Zeynalov


Müəllif: