13 May 2015 16:58
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mətbuat Şurasının müraciəti əsasında Baş Prokurorluqda aparılmış araşdırmalarla Jurnalist Araşdırma Mərkəzinin (JAM.az) internet saytında müxtəlif dövrlərdə həqiqətə uyğun olmayan, qərəzli, insanların şərəf və ləyaqətini alçaldan, eyni zamanda onları nüfuzdan salan böhtan və təhqir xarakterli informasiyaların yayılması müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bununla əlaqədar agentliyin rəhbəri Fikrət Fərəməzoğlu Baş Prokurorluğa dəvət edilib. Ona “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq qərəzli, reallığa uyğun olmayan, böhtan və təhqir xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər