Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşları Akhıloo Shırzad Akbar və onun qardaşı Akhıloo Amır Akbar saxlanılaraq onların üzərində şəxsi yoxlama aparılıb.
Dözvlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, şəxsi yoxlama zamanı Akhıloo Shırzad Akbarın daxili orqanı - düz bağırsağından, 6 ədəd bükümdə, ümumi xalis çəkisi 56,845 qram olan narkotik vasitə - heroin, digər bükümdə isə 5 ədəd həbdən ibarət “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in II Siyahısına daxil olan “bupronorfinadlı” dərman preparatı aşkar edilib. Akhıloo Amır Akbarın isə daxili orqanı - düz bağırsağından, 7 ədəd bükümdə, ümumi xalis çəkisi 64,203 qram olan narkotik vasitə - heroin aşkar olunub.
Faktla bağlı təhqiqat aparılır.
Naibə QURBANOVA