Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən “Cümə” məscidində partlayış törətməkdə təqsirli bilinən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə Elnur Ələkbərovun vəkili Namiq Hacıyev həbs qəti imkan tədbirinin dəyişdirilməsi, müdafiə etdiyi şəxsin BTİ-ə köçürülməsi barədə vəsatət verib.
Vəsatət təmin edilməyib.
Məhkəmə baxışı iyunun 18-nə təyin edilib.
Hacı Zeynalov