Lənkəran rayonunda ehtiyatsızlıqdan 10 yaşlı uşaq qaynar suda yanıb.
Bu barədə Teleqraf.com-a Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Vilvan kəndində qeydə alınıb. Kənd sakini, 2005-ci il təvəllüdlü Nihad Səmədovun üzərinə qaynar samovar aşıb və nəticədə azyaşlı qaynar suda yanıb. Yanıq xəsarəti ilə azyaşlı xəstəxanaya yerləşdirilib.
Hacı Zeynalov