16 İyul 2015 13:19
3 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Mətanət Əsədovanın iddiası ilə həbs edilməsi tələb olunan “Nida” Gənclər Hərəkətının keçmiş üzvü Elsevər Mürsəlli məhkəməyə üzrlü səbəbdən getməyib.

Elsevər Mürsəlli Teleqraf.com-a bildirib ki, iyulun 15-də keçirilən məhkəmə iclasının keçirilməsi ilə bağlı ona heç bir bildiriş gəlməyib: “Buna görə də Nəsimi Rayon Məhkəməsində prosesin olmasından xəbərim olmayib və bu işlə bağlı heç bir vəkildə tutmamişam. Məhkəmə iclası davam etdirilsə, yəqin ki vəkil tutacam”.

Elsevər Mürsəlli hüququnu müdafiə etmək üçün vəkillərdən köməklik istəyib. O, Mətanət Əsədovanın da ünvanına ittiham səsləndirib: “Mətanət xanımı Azərbaycan şou biznesində yeni sima kimi tanıtdığı üçün mənə təşəkkür etməlidir. Mənim hərəkətlərim Mətanət xanıma daha çox reklam gətirib. İyulun 24-də keçirilən prosesdə iştirak edəcəm”.

Qeyd edək ki, iyunun 30-da “Space” televiziyasında efirə yayımlanan “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.

Mətanət Əsədova yazıçı tərəfindən təhqir olunduğunu iddia edib. O, yazıçını məhkəməyə verib və 100 min manat təzminat ödəməsini tələb edib. Bundan sonra Elsevər Mürsəlli sosial şəbəkədə Mətanət Əsədovanın ünvanına xoşa gəlməz ifadələr işlədib. Bu ifadələr isə bəzi saytlar tərəfindən yayılıb.

Bundan sonra Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən Mətanət Əsədova Elsevər Mürsəllinin barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət işinin başlanması və həbs edilməsini istəyir.

Bun dan əlavə, Mətanət Əsədova Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək yazar Əziz Musaoğlundan 100 min manat təzminat ödəməsini tələb edir.

Teleqraf.com-a açıqlama verən Mətanət Əsədova bildirib ki, vəkili Ceyhun Yusifovla birlikdə məhkəmə iclasında iştirak edib: “Lakin Elsevər Mürsəlli məhkəməyə gəlməmişdi. Bu səbəbdən məhkəmə prosesi iyulun 24-dək təxirə salınıb. Elsevər Mürsəlliyə qarşı tələbimdə israrlıyam. Məhkəmədə pozulmuş hüquqlarımın bərpasına çalışacam”.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər