3 Avqust 2015 15:56
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində Mir Mövsüm Ağa ziyarətgahında oğurluq edən Sahib Müzəffərov və Hacı Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Hacı Bədəlov 11 il , Sahib Müzəffərov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dəstə üzvləri ötən ilin sentyabrın 23-də Xəzər rayonu, Şüvalan qəsəbəsində oğurluq hadisələri törədiblər. Onlar Mir Mövsüm Ağa ziyarətgahına gələn maşınların şüşələrini qıraraq oğurluq ediblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər