Bakının Nizami rayonunda mağazada qadına qarşı xuliqanlıq hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, hadisə Q.Qarayev prospekti 94 ünvanında yerləşən mağazada qeydə alınıb.
Mağazada Bakı şəhər sakini, 12975-ci il təvəllüdlü Səbinə Balaxan qızı Fətəliyeva üç nəfər oğlanın zorakılığa məruz qalıb. Naməlum şəxslər Səbinə Fətəliyevanı mağazada döyüblər. O, döyülməsi ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə şikayət edib.
Əməliyyat tədbirləri nəticəsində cinayəti törədənlərdən biri – 1989-cu il təvəllüdlü Nazir Şirzad oğlu Musayev saxlanılaraq polis bölməsinə gətirilib. Bölmədə Nazir Musayevin izahatı alınandan sonra sərbəst buraxılıb. Hazırda cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi üçün tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov