Nəsimi rayonu ərazisində paytaxt sakini Ə.Quliyevi döyərək pulunu və üzüyünü almış şəxslər tutulublar.
Teleqraf.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 19-da Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Bakı şəhər sakini Əli Quliyevi döyərək, habelə bıçaqla hədələyərək 52 manatını və üzüyünü alıb.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Asiman Yusifli və Salyan rayon sakini Əli Əliyev tutulublar.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov