Bakının Sabunçu rayonunda qadın sevgilisi tərəfindən qarət olunub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsi, Hacınski küçəsində yerləşən evlərdən birində baş verib.
1978-ci il təvəllüdlü L.S. evində Əbdül adlı tanışı ilə görüşüb. L. S. ilə intim münasibətdə olandan sonra Əbdül gedib. Əbdül gedəndən sonra 37 yaşlı qadın 1200 manatının yoxa çıxdığını görüb.
Bununla bağlı L. S. Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə müraciət edib. O, bildirib ki, pulu Əbdül adlı tanışı ilə görüşəndən sonra yoxa çıxıb. Qadın pulunu Əbdülün oğurlamasından şikayət edib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov