Maştağa qəsəbəsində qətl törətməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 8-də saat 01:30 radələrində Maştağa qəsəbəsi Savalan yaşayış massivində 1966-cı il təvəllüdlü Mehman Əliyevə ağır bıçaq xəsarəti yetirməklə ölümündə şübhəli bilinən Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Rasim Quliyev tutulub.