28 Oktyabr 2015 13:45
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində qətl hadisəsi törədən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Bəxtiyar Rəhimovu odlu silahdan açdığı atəşlə qətlə yetirib hadisə yerini tərk etmiş, əvvəllər məhkum olunmuş Şakir Əhmədov tutulub.

Qeyd edək ki, Ağdam rayon sakini Şakir Əhmədov münaqişə zəminində odlu silahdan açdığı atəşlə həmyerlisi Bəxtiyar Rəhimova xəsarət yetirib və hadisə yerini tərk edib.

B.Rəhimov hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər