Məhkəmə prokurorluğun protestini təmin etdi
Ali Məhkəmədə əxlaqsızlıq yuvası saxlamaqda ittiham olunan Qazax rayon sakini,1976-cı il təvəllüdlü Emil Həsənov işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Emil Həsənov İlahə Quliyeva və Səfər Məmmədоvla gəlir əldə etmək məqsədilə Ucar rayonu Müsüslü kəndi ərazisində yerləşən və Səfər Məmmədоvun icаrəyə götürdüyü yеməkхаnаdа əхlаqsızlıq yuvаlаrı təşkil еdib.
Onlar müştərilərlə cinsi əlаqədə оlmаq üçün Vüsalə Mоllаyеvа və digər qаdınlаrı həmin yеməkхаnаyа dəvət еdiblər. Qadınlara otaqlаr vеrərək müştərilərlə cinsi əlaqədə olmalarına şərаit yаrаdıblar. Vüsalə Mоllаyеvа müştərilərdən biri ilə cinsi əlаqədə оlduğu zаmаn yеməkхаnаyа gələn pоlis əməkdаşlаrı tərəfindən yахаlаnıb.
İki nəfər şərti, 1 nəfərə həbs İlahə Quliyeva və Səfər Məmmədovun cinayət işi ayrıca icraatda aprılıb və onlar məhkəmənin hökmü ilə 2 il 6 ay müddətinə şərti cəza alıblar. Hər iki şəxs məhkəmə zalından azadlığa buraxılıb.
Emil Həsənov isə Cinayət Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvası saxlama) maddəsi ilə ittiham edilib. Ucar Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Emil Həsənov apelyasiya şikayəti verərək barəsində təyin edilmiş cəzanın şərti hesab edilməsini istəyib. Bu səbəbdən onun barəsində olan cinayət işi baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Qərara görə, apelyasiya şikayəti təmin edilib və Emil Həsənovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və onun cəzası şərti hesab edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Həmin qərardan narazı qalan Baş Prokurorluq kasasiya protesti verib. Prokurorluğun protesti Ali Məhkəmədə, hakim Gülüzar Rzayevanın sədrlik etdiyi kollegiyada araşdırılıb.
Hakim kollegiyası prokurorluğun protestini təmin edib və Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib. İşin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
Hacı Zeynalov