Bakının Xəzər rayonunda meyit tapılıb.
Teleqraf.com xəbər verir ki, meyit Mərdəkan qəsəbəsi, 2-ci Sahil küçəsində, ev 14-də aşkarlanıb.
Qəsəbə sakini, 1978-ci il təvəllüdlü İqor Mixayloviç Sokolovun üzərində zorakılıq əlaməti olmayan meyiti tapılıb. İqor Sokolovun həmin ünvanda yerləşən bağ evində həm gözətçi işləyirmiş, həm də yaşayırmış.
İqor Sokoluvun hansı səbəbdən ölməsi məlum deyil.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov