9 Dekabr 2015 15:32
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.


Teleqraf.com xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Leyla Yunus 5 il şərti həbs cəzası verilməklə azadlığa buraxılıb.

Bundan əvvəl keçirilən prosesdə Arif Yunus azadlığa buraxılmışdı.

Leyla Yunusun vəkili Elçin Sadıqov bildirib ki, məhkəmə Leyla Yunusun üzərində olan Cinayət Məcəlləsinin 320.1-ci maddəsini hökmdən xaric edib.

Yunusların qızı Dinara Yunusun adına olan evin müsadirə edilməsi ilə bağlı qərarı hökmdən çıxarılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər