14 Dekabr 2015 17:02
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Q.Qarayev prospektində qeydə alınıb.

Bakı şəhər sakini Vüqar Həziyev idarə etdiyi “Daewoo” markalı avtomobillə paytaxt sakini Xədicə Qasımovanı vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: