Bakının Yasamal rayonunda usta iş başında ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə Z.Əhmədbəyov küçəsi, ev 2, mənzil 47 ünvanında qeydə alınıb.
1974-cü il təvəllüdlü Vüqar Həsənova məxsus mənzildə usta işləyən Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Mehman Qədərov ölüb. Onun ürək çatışmamazlığından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov