Bakının Xəzər rayonunda Gürcüstan vətəndaşı həbs edilib.
Teleqraf.com xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 2-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı, 1981-ci il təvəllüdlü Məzahir Əhməd oğlu Seyidov həbs edilib.
Əvvəllər Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə məhkum olunan Məzahir Seyidovdan beşbarmaq görülüb.
Hacı Zeynalov