Bakı metrosunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı Metropoliteninin N.Nərimanov stansiyasında Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Oktay Hümbətov həmyerlisi, 1998-ci il təvəllüdlü Elnurə İlyasovanın cibindən mobil telefonunu oğurlamaq istəyib.
Bu zaman onun əlini qız tutub və bu mənzərəni hadisə yerində olan polis əməkdaşları görüb. Əlində telefonun tutulmasını görən Oktay Hümbətov telefonu qatarların hərəkət etdiyi təmas xəttinə atıb. Buna baxmayaraq onu polis əməkdaşları cinayət başında yaxalayıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov