Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluq etməkdə təqsirli bilinən Abşeron rayon sakini Kamil Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Kamil Novruzov tutulub.
Kamil Novruzov ötən ilin avqustun 12-də Elvin Hacalıyevin 70 manatını, mobil telefonunu və sənədlərini əlindən alaraq qaçıb. Onun əvvəllər də məhkum olunduğu müəyyən edilib.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Kamil Novruzov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov