Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıb.
Teleqraf.com Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1; 228.4 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Bəhruz Natiq oğlu Mehrəliyevin yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu vətəndaş Arzu Natiq oğlu Həsənovun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman geyindiyi ayaqqabının uc hissəsində gizlədilmiş, sellofana bükülmüş, xalis çəkisi 15,610 qram olan narkotik maddə "Tiryək" aşkar edilərək götürülüb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.1; 228.2.1 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Daşqın Novruzbəy oğlu Ağabalayevin yataq yerinə və üzərinə baxış keçirilən zaman yataq yerinin pəncərəsinin altında gizlədilmiş, daxilində "Cin" danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Faktlar üzrə araşdırma aparılır.