Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Novxanı qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində yerləşən “Günəş” düşərgəsində məskunlaşan məcburi köçkün 1986-cı il təvəllüdlü Təranə Süleymanova özünü asaraq ölüb. Laçın rayonundan olan məcburi köçkünün hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov