5 Aprel 2016 09:31
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanğın hadisəsi qeydə alınıb.


Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikiotaqlı mənzilin 1 otağında ev əşyaları 12 kv.m sahədə yanıb. Yüksək temperaturdan digər otaqların qapıları və mətbəxin tavan hissəsi deformasiyaya uğrayıb.


Yanğın zamanı 5-ci mərtəbədə qonşu mənzildə yaşayan, 2009-cu il təvəllüdlü Şükürov Mahid Elnur oğlu tüstüdən zəhərlənmiş halda təcili yardım xidməti tərəfindən toksikologiya şöbəsinə aparılıb. Yanğın zamanı 4-cü və 5-ci mərtəbələrdən 10 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.


Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:

Oxşar xəbərlər