14 Aprel 2016 13:06
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uralda hüquq-mühafizə orqanları azərbaycanlı “qanuni oğru” Rövşən Caniyevlə əlaqəli olduğu deyilən azərbaycanlı biznesmenlərə qarşı daha bir əməliyyat keçirib.

Qeyd edək ki, polis Federal Tədqiqatlar Bürosunün əməkdaşları ilə bərabər yenidən qalmaqallı 4 saylı meyvə-tərəvəz bazasında əməliyyat keçirib. Daha əvvəl isə bu bazada keçirilən əməliyyatda azərbaycanlı biznesmen Nail Əliyev saxlanılmışdı.

Nail Əliyev külli miqdarda vəsaiti ölkə xaricinə çıxarmaqda ittiham edilirdi ki, həmin vəsaitin də “obşak”a yığılan pullar olduğu və xaricə yaşayan Rövşən Lənkəranskiyə ötürüldüyü ehtimal olunurdu. Növbəti basqında da bazanın ərazisindəki anbarlardan müxətlif sənədlər və əsl bank tapılıb. Elektron açarları olan bankda toplanan vəsaitin vergidən yayındırılan qazanc olduğu güman edilir.

Bu vəsaitin Rövşən Lənkəranskiyə çatdığını bildirilir. Rusiya mətbuatıın iddiasına görə, həmin milyonlara yiyələnə Rövşən Lənkəranskini Azərbaycandakı biznes strukturları ilə də əlaqəsi var. “Caniyev öz ölkəsində çox hörmətli şəxsdir və biznesmenlər arasında da böyük nüfuzundan istifadə edir” deyə “Prestupnaya Rossiya” yazır.

Polisin araşdırmalarına görə, meyvə bazasını ərazisində cinayətkar dəstə fəaliyyət göstərir. Həmin dəstə soyğun, oğurluq, quldurluq, gəlirlərin qanuniləşdirilməsi, çirkli pulların yuyulması kimi əməllərlə məşğul olur. Dəstənin Rövşən Lənkəranskinin nəzarətində olduğu və Mail Əliyev vasitəsilə ona nəzarətin həyata keçirildiyi iddia olunur.

Kassanın ümumi gəlirinin gündə 5 milyon rubl olduğu deyilir. Ancaq meyvə-tərəvəzin mövsümü zamanı bu rəqəm 30 milyon rubla qədər yüksəlir. Araşdırma zamanı bazada 10 milyon rubl dəyərində araq və viski də tapılıb.(Cebhe.info)


Müəllif:

Oxşar xəbərlər