15 Aprel 2016 12:59
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin nümayəndəsi çıxış edib. O, qaldırdıqları 1 milyon 205 min manatlıq mülki iddianın ödənilməsini istəyib.

Daha sonra Mehman Səlimovun vəkili müdafiə çıxışı edib. O bildirib ki, Mehman Səlimova qarşı sürülən ittihamlar sübuta yetirilməyib: "Mülki iddia təmin oluna bilməz. Buna görə də onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edirəm".

Məhkəmə prosesi aprelin 22-də davam edəcək.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Mehman Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif: