Bakının Xətai rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun NZS qəsəbəsi, Ə.Əmirxanov küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Həbib Quıiyev qonşusu,1984-cü il təvəllüdlü R. N. tərəfindən döyülüb. Həbib özündən 10 yaş böyük olan qonşusuna söz atıb. Bu zaman da qadın Həbibi süpürgə ilə döyüb.
Həbib Quliyev qonşusu tərəfindən döyülməsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov