21 Aprel 2016 23:16
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Qazax magistralının 349-cu km-də ağır yol qəzası baş verib.

Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncə istiqamətində hərəkətdə olan "VAZ 2107" markalı avtomobil qarşısında gedən "Qazel" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən "VAZ 2107" yoldan çıxaraq dərəyə aşıb. Bu zaman avtomobildə olan adı hələlik bilinməyən bir qadın dünyasını dəyişib. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralanan 22 yaşlı Arzu Musayev və 31 yaşlı Ələsgər Məmmədov dərhal Gəncə şəhər TTYX-yə gətirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: