Ağstafa rayonunda intihar hadisəsi baş verib.
Ağstafa Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun mərkəzində, Səməd Vurğun küçəsində qeydə alınıb.
Rayon sakini 1984-cü il təvəllüdlü Dilqəm Hüseynov özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq ölüb.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov