28 Aprel 2016 14:58
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan Respublikaçı Alternativ Hərəkatının sədri İlqar Məmmədovun işi üzrə məhkəmə qərarı aprelin 30-da açıqlanacaq.

Şəki Apelyasiya Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, apelyasiya şikayəti üzrə qərar həmin gün saat 17.00-da elan olunacaq.

Preses hakim Hümbət Səlimovun sədrlik etdiyi kolleguiyada araşdırılır.

Qeyd edək ki, bu gün sossial şəbəkələrdə İlqar Məmmədovun işi üzrə qərarın mayın 3-də açıqlanacağı barədə məlumat yayılıb. Hakimlər aprelin 22-də apelyasiya şikayəti üzrə məhkəmə araşdırmasını yekunlaşdırıblar və qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar.

İlqar Məmmədov 2012-ci ildə İsmayıllıda baş verən hadisələrə görə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə İlqar Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb.

Amma ötən ilin oktyabrında Ali Məhkəmədə işə baxan hakimlər İlqar Məmmədovun apelyasiya şikayətinə yenidən baxılması barədə qərar qəbul edilib. Bu iş üzrə Müsavat başqanının müavini Tofiq Yaqublunun da adı keçir. 7 il 6 ay həbs cəzası alan Tofiq Yaqublu bu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər