13 İyun 2016 08:32
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc rejissor Ayşad Səfərəliyevin “İnikas” bədii filmi Rusiyanın Esperanza Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında nümayiş etdiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a bildirilib ki, festival avqustun 18-dən 25-dək Moskvada keçiriləcək.

"İnikas" bədii filmi 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Filmin süjet xətti keçmiş SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn müəmmalı hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparatla qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda nə ilə qarşılaşacağından xəbərsizdir...

Ekran əsərinin ssenari müəllifi Ayşad Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova və başqaları canlandırıblar.


Müəllif:

Oxşar xəbərlər