14 Fevral 2017 20:25
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində 16 fevral tarixindən etibarən “İçəri Şəhər” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.

"Azərbaycanfilm" kinostudiyasından Teleqraf.com-a verilən məlumata görə, filmin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq.

Ekran əsəri hazırda Hindistanın 3-cü Kozhikode Beynəlxalq Film Festivalında nümayiş olunur. Film daha öncə Misirin 38-ci Qahirə, 47-ci Hindistan (Qoa), Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr”, Hindistanın 21-ci Kerala, 15-ci “Pune”, 7-ci “Yaşvant” və 9-cu Benqaluru Beynəlxalq Film Festivallarında iştirak edib. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.

Nərmin


Müəllif: