2 Mart 2017 15:53
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Teatr Xadimləri İttifaqında görkəmli teatr və kino aktyoru, xalq artisti Eldəniz Zeynalovun 80 illiyi münasibəti ilə anım tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə xalq artisti, kinorejissor Eldar Quliyev, Elxan Qasımov, Ağakişi Kazımov, Mərahim Fərzəlibəyov, yazıçı Əli Əmirli və sənətkarın ailə üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət Eldəniz Zeynalovun Azərbaycan teatr və kinosundakı xidmətlərindən, başlarına gələn maraqlı əhvalatlardan danışıb.

Xalq artisti Hacı İsmayılov Eldəniz Zeynalovu rejissorların sevimli aktyoru adlandırıb.

Rafiq Əzimov onunla bağlı xatirələrini bölüşüb: "Biz Eldənizlə birgə universiteti bitirib, təyinatla Akademik Milli Dram Teatrına gəlmişik. Eldəniz "Toy" komediyasında çox möhtəşəm rol oynayıb. Onun oynadığı rol Həsən Məmmədovu da məşhurlaşdırdı. O hər zaman öz rolları ilə tamaşaçı qəlbinə yol tapırdı".

Tədbirdə çıxış edən Elxan Qasımov, Əli Əmirli və başqaları böyük sənətkarla bağlı xatirələrini bölüşüb, teatr və kinodakı uğurlarından danışıblar.

Eldəniz Zeynalov məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1956-1962).

Tələbə ikən Eldar Quliyevin "Bir Cənub Şəhərində" filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb. Sоnralar tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, "Mоzalan" satirik kinojurnalının bir çох süjеtlərində yadda qalan оbrazlar yaradıb.

Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr enmədi" (Özbəkfilm) filmlərində çəkilib.

"Humay" mükafatı laureatı (1999), xalq artisti Eldəniz Zeynalov 2002-ci il noyabrın 5-də dünyasını dəyişib, Yasamal qəbiristanlığında dəfn edilib.

Nərmin Muradova

Elçin Murad


Müəllif:

Oxşar xəbərlər