4 May 2017 18:39
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq təşkilatlar vasitəsilə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna Ermənistanı da dəvət etmişdik. Əfsuslar olsun ki, onlar dialoqa hazır olmadığını nümayiş etdirdi.

Teleqraf.com xəbər verir ki, bunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Forumda Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələrin olub-olmayacağına dair sualı cavablandırarkən deyib.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi müxtəlif format və üsullardan istifadə edərək yaxınlaşmanın marağındadır:

“Dünyadakı problemlərin həllində mədəniyyətlərarası dialoqun təsiri çox vacib və önəmli rol oynaya bilər. Biz arzulayırıq ki, dünyadakı mövcud konfliklər sülh, qarşılıqlı hörmət və anlaşma ilə həll edilsin. Hansısa dövlət BMT-nin qəbul etdiyi qətnamələrə riayət etmirsə, onların implementasiyasından qaçırsa, bu, həmin dövlətin müəyyən dialoqa hazır olmamasından xəbər verir. Düşünürəm ki, panel müzakirələrində bu vasitənin gücü və imkanı ilə münaqişələr barədə çox ciddi məsələlər müzakirə ediləcək”.

Nərgiz

Foto: Elçin MURAD


Müəllif:

Oxşar xəbərlər