8 Avqust 2017 19:24
1 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrlandiyalı ifaçı Şineyd Okonnor fanatlarına Feysbuk hesabında 12 dəqiqəlik video-müraciət yayımlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Nyu Cersidəki oteldə yaşadığını bildirən ifaçı bir neçə gün əvvəl intihara cəhd etdiyini deyib.

10 il əvvəl bipolyar diqanozu qoyulan müğənni videoda yalnız qaldığını və hər gün həyatda qalmaq üçün mabrizə apardığını qeyd edib.

50 yaşlı Okonnor psixiatr yanına getdiyini və həkiminin çox yaxşı adam olduğunu bildirib.

Xatırladaq ki, Bipolyar latınca iki, polyar-qütblü deməkdir. Emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Ümumiyyətlə, əhvali-ruhiyyənin dəyişməsi sağlam insan üçün də təbii hesab olunur. Bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü çox güclü şəkildə büruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır (əvvəllər bu xəstəliyi maniakal-depressiv pozuntu adlandırırdılar). Bir qayda olaraq, bipolyar pozuntu zamanı insan emosiyalarının "kənar qütblərində" uzun müddət (həftlələrlə və ya aylarla) qalır.


Müəllif: Samir

Oxşar xəbərlər