Müxtəlif zamanlarda Türkiyə universitetlərini bitirmiş azərbaycanlı məzunlar “Təhsil üçün oxu” layihəsi ilə çıxış ediblər.
Teleqraf.com xəbər verir ki, bütün dünyada məşhur olan layihənin budəfəki improvizəsi əhalinin, xüsusən gənc nəslin təhsilə, oxumağa diqqət ayırmasını əsas hədəf seçib. Məzunlar əvvəlcə “Məmləkətim”i, daha sonra “Azərbaycanım”ı səsləndiriblər.
Qeyd edək ki, bu günlərdə Azərbaycanda ali məktəblərə test üsulu ilə tələbə qəbulunun, o cümlədən ölkəmizdən Türkiyə ali məktəblərinə ilk tələbə qrupunun göndərilməsinin 25 ili tamam olub. Klip bu əlamətdar tarixi hadisədən əsrin dörddə biri qədər vaxt ötməsi münasibətilə hazırlanıb.
Sözügedən videonu təqdim edirik.