Mənim yaşadıqlarımı kim yaşasaydı, indi dəlixanada olardı.
Teleqraf.com xəbər verir ki, bu sözləri həbsxanadan yeni çıxan tanınmış müğənni Dəniz Səki jurnalistlərin suallarını cavablandırarkən deyib.
Aşırı dərəcədə kökələn müğənni bundan narahat olmadığını dilə gətirməklə özünə haqq qazandırıb.
“Mən mahnılarımla yaşayan biriyəm, maniken deyiləm ki, artıq çəkimdən narahat olam. Mənim yaşadıqlarımı kim yaşasaydı, dəlixanada olardı”.
Qeyd edək ki, “Narkotik ticarəti” cinayətinə görə həbs edilən Səki ona verilmiş 4 illik cəzanın 2 il yarımını həbsxanada keçirib.