Azərbaycan və Türkiyənin tanınmış fikir adamı, siyasətçisi Əhməd bəy Ağaoğlunun nəvəsi Tektaş Ağaoğlu İstanbulda vəfat edib.
Teleqraf.com xəbər verir ki, tanınmış yazıçı və tərcüməçi T. Ağaoğlu yanvarın 9-da 84 yaşında İstanbuldakı klinikalardan birində dünyasını dəyişib.
1934-cü ildə İstanbulda doğulan Tektaş Ağaoğlu 1956-cı ildə Oksford Universitetinin hüquq fakültəsini bitirib. 1956-cı ildən etibarən Parisdə rəsm işlərini başlayıb, bir il sonra Ankarada ilk fərdi sərgisini açıb. 1984-cü ildə Sürixdə xanımı Ezel Ağaoğlu ilə birlikdə heykəl sərgisi açıb. 1993-də də Ankarada heykəl sərgisi təşkil edib. Atası və babası kimi siyasətlə məşğul olub, Türkiyə Sosialist İşçi Partiyasında təmsil olunub. Atası kimi həbsə düşüb. Bir neçə kitabın müəllifidir. Rus klassiklərinin əsərlərini türk dilinə çevirib.T. Ağaoğlu bir müddət BBC radiosunun redaktoru olub.