Noyabrın 30-da Nizami Kino Mərkəzində “Unutursam Fısılda” filminin təqdimatı olub.
Teleqraf.com xəbər verir ki, filmin təqdimatı Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Yunis Əmrə İnstitutunun birgə təşəbbüsü ilə baş tutub. Yunis Əmrə İnstitutu tərəfindən hazırlanan videoçarx ilə başlayan filmin ssenari müəllifi və rejissoru Çağan Irmaqdır.
Sağlamlıq mərkəzinin məzunu olan Hənifə və bacısı Xədicənin həyatından bəhs edən film kinosevərlər tərəfindən maraqla qarşılanıb.