24 Dekabr 2018 19:01
4 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda uşaqlar arasında ikinci dəfə "Mister və Miss kids" model yarışması baş tutub.

Teleqraf.com xəbər verir ki, yarışın final mərhələsindən öncə sosial mediada 3-14 yaş uşaqlar üçün kastinq elan olunub və kastinqə 200-dən artıq uşaq qatılıb.

Onlardan yalnız 34-ü finalda "Mister və Miss kids" adı uğrunda mübarizə aparıb.

Tədbirdə balacalar peşəkar münsiflər heyətinin qarşısında iki fərqli geyimdə çıxış ediblər. İstedadlı balacalar dünya xalqlarının geyimləri və avanqard geyimlərdə səhnəyə çıxaraq öz bacarıqlarını nümayiş etdiriblər. Fidan balalarımıza dünya xalqlarının geyimlərini peşəkar modelyer-dizayner Aygün Mahmudova hazırlayıb.

Tədbirin təşkilatçısı Sədaqət Rəşidqızı bildirib ki, bu cür layihələrin təşkili üçün aylarla hazırlıq prosesi gedir, çətinliyinə rəğmən, həm də insana zövq hissi yaşadır. Tədbirdə balalarının geyimlərinin əksəriyyətini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri işləyib.

Müsabiqədə balaca modeller 18 yer və 7 nominasiya uğrunda mübarizə aparıblar. 3 yaş qrupunda 3 oğlan 3 qız olmaqla müsabiqənin 6 qalibi olub. Oğlanlardan Əli Mehrəliyev, Elcan Mirzeliyev, Turqay Rzayev, qızlardan Xədicə Həsənzadə, Nuray Abdullayeva və Mədinə İskəndərzadə yarışmanın qalibi oldular. Münsiflər heyəti dünya şöhrətli modelimiz Rüstəm Cəbrayılov, modelyer-dizayner Şəlalə Maqsudova, stilist Nigar İbrahimova və Nəsir olub.

Müsabiqədə gənc modelyerlər Rəssamlıq Akademiyasının tələbəsi Şahsənəm və Çinarə Bayramlı avanqard geyimə görə müsabiqənin dəyərli mükafatını qazanıb.

Qeyd edək ki, tədbirin layihə rəhbəri və aparıcısı Sədaqət Rəşidqızıdır.


Müəllif: Aytən

Oxşar xəbərlər