6 Yanvar 2021 14:41
2 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunmasını ilə bağlı görüləcək işlər barədə məlumat verib.

Xəyal Rza Teleqraf.com-a açıqlamasında deyib:

"Böyük şair Nizami Gəncəvi Azərbaycanın dəyərlərindən biridir. Prezident İlham Əliyevin bu sərəncamı dünyaya bir mesajdır ki, Nizami Gəncəvi Azərbaycana məxsusdur, Azərbaycan şairidir.

Eyni zamanda paralel olaraq Şuşanın mədəniyyət paytaxtı elan olunması da bizi çox sevindirdi. Bunun özündə də Azərbaycanın tarixən böyük mədəniyyətə sahib olması ilə bağlı mesaj var.

Cənab prezident bildirmişdi ki, biz Qarabağı dirçəldəcəyik, mədəniyyətin beşiyinə və dünyanın ən gözəl bölgəsinə çevirəcəyik. Bu prosesi artıq başlamış saymaq olar.

Azərbaycan Yazıçılar Birliyi "Nizami Gəncəvi ili" və Vaqif poeziya günləri ilə bağlı təklifləri hazırlayacaq. Mədəniyyət Nazirliyi ilə birgə layihələrimiz olacaq".














Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər