Azərbaycan Universitetində “National Geographic Azərbaycan” jurnalının təqdimat mərasimi keçirilib. Universitetdən Teleqraf.com-a verilən məlumata görə, ABŞ Milli Coğrafiya Cəmiyyətinin ilk rəsmi nəşri olan jurnal Azərbaycana Heydər Əliyev Fondunun və “Qarant Media Holdinq”in dəstəyi ilə gətirilib.
Jurnal dünyanın tanınmış 10 brendi siyahısındadır və 126 ildir fəaliyyət göstərir. Azərbaycanda hər ay 30 min tirajla buraxılan jurnalın artıq üç nömrəsi çapdan çıxıb.Hər ay dünyanın 60 milyon oxucusu tərəfindən maraqla qarşılanan jurnal ingilis dilindən əlavə, 40 ölkədə yerli dildə nəşr edilir.
Mədəniyyət, tarix, təbiət, elm sahələrini əhatə edən jurnal azərbaycanlı oxucuların maraq dairəsində uyğun materiallarla əhatə olunacaq. Jurnal aylıq nəşr olunaraq qəzet köşklərində və abunə yolu ilə satılacaq.