29 Sentyabr 2022 14:23
1 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud ulduzları Conni Depp və Ember Herdin qalmaqallı məhkəməsi haqqında çəkilən “Qaynar təqib: Depp/Herd davası” filminin treyleri yayımlanıb.

Teleqraf.com xəbər verir ki, film aşağı büdcəli filmlər və onlayn kinoteatrlar üçün seriallar üzrə ixtisaslaşan “MarVista Entertainment” studiyası tərəfindən çəkilib.

Conni Depp rolunu aktyoru Mark Qapke, Ember Herdi isə aktrisa Meqan Devis canlandırıb.

Filmin rejissoru Sarah Lomandır.

Ekran işinin premyerası sentyabrın 30-da Foks Telekanalına məxsus Tubi onlayn kinoteatrında olacaq.

Qeyd edək ki, məşhur altı həftəlik məhkəmə çəkişməsi Deppin 2019-cu ilin martında “Vashinqton Post”a müsahibəsində ailədaxili zorakılığın qurbanı olduğunu deyən Herdə qarşı açdığı 50 milyon dollarlıq davadan üç il sonra gerçəkləşib.

Qalmaqallı məhkəmə çəkişməsi Deppin qalibiyyəti ilə yekunlaşdı.


Müəllif: Pərvin Cəfərova